Ceyhun Bayramov: Azərbaycan ATƏT in minatəmizləmə sahəsindəki təcrübəsindən faydalanmağı planlaşdırır

25.04.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan ATƏT-in minatəmizləmə, kibertəhlükəsizlik sahəsində bacarıqların artırılmasındakı təcrübəsindən faydalanmağı planlaşdırır.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kommunikasiya layihələri də ATƏT-lə Azərbaycan arasında birgə maraq dairəsindədir: 

“Baş katib bu gün Bakı Limanına səfər edib, orada limanın genişləndirilməsi planları ilə tanış olub. Bütün bu işlər 2022-ci ildə Azərbaycanla ATƏT arasında imzalanmış əməkdaşlıq proqramı əsasında həyata keçirilə bilər”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью