Ceyhun Bayramov Azərbaycan Estoniya münasibətlərindəki inkişaflardan danışdı

27.11.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan və Estoniya arasında münasibətlər son dövrlər dinamik şəkildə inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi və parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahknanla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, son dövrlərdə iki ölkə arasında intensiv təmaslar və müzakirələr münasibətlərin inkişafına müsbət təsir göstərir. Onun sözlərinə görə, ötən ilin oktyabrında Estoniyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri zamanı da mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov qeyd edib ki, bu ilin iyun ayında iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib, noyabrın əvvəlində isə Tallində iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın iclası baş tutub.

O vurğulayıb ki, parlamentlərarası münasibətlər və hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları da əməkdaşlığın inkişafı baxımından mühüm platformalardır.

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью