Icma.az, Operativ MM portalına istinadən məlumat yayır. Azərbaycan və Gürcüstanın həyata keçirdiyi birgə layihələr ümumilikdə daha geniş coğ
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvil
Onun sözlərinə görə, ötən il Gürcüstanda böyük uğurla keçirilmiş parlament seçkilərindən sonra Gürcüstan Baş nazirinin ilk rəsmi səfərinin m
"Eyni dərəcədə intensiv və səmərəli dialoqu biz müxtəlif nazirliklər arasında da mütəmadi əsasda müşahidə edirik.
Bununla yanaşı, parlamentlərimiz arasında da olduqca nümunəvi və fəal əməkdaşlıq mövcuddur", - nazir qeyd edib.
C.Bayramov vurğulayıb ki, Azərbaycan Gürcüstanın əsas investorlarından biri hesab olunur və son illər ərzində ölkə tərəfindən Gürcüstan iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub: "Hörmətli xanım nazirin də qeyd etdiyi kimi, ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən nəhəng layihələr təkcə Azərbaycan və Gürcüstana deyil, ümumilikdə daha geniş coğrafiyaya əhəmiyyətli töhfələr verib.
Bu layihələr həm ölkələrimizin, həm də xalqlarımızın rifahının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və onların təsir dairəsi regional sərhədləri aşaraq qlobal miqyasda hiss olunur.
Bu nəhəng layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər mühüm təşəbbüsləri xüsusilə qeyd edə bilərik.