Ceyhun Bayramov: Azərbaycanın Afrika qitəsində Türkiyə ilə birgə əməkdaşlığı üçün geniş perspektivlər var

23.01.2025

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Afrika qitəsində Türkiyə ilə birgə əməkdaşlığı üçün geniş perspektivlər var.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edərkən deyib.

Bildirilib ki, iki ölkənin geniş mənada regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətləri bundan sonra da davam etdiriləcək.

Regional və beynəlxalq təşkilatlar, habelə bir sıra çoxtərəfli formatlar çərçivəsində davamlı dəstək və həmrəyliyin əhəmiyyəti də qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью