Ceyhun Bayramov Bişkekdə COP29a hazırlıqdan danışıb

06.11.2024

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci iclasında COP29-a hazırlıq barədə danışıb.

Sjerg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir çıxışında TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət kimi sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub.

O, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüslərindən danışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью