Ceyhun Bayramov: Bu, Ermənistan üçün itirilmiş fürsətdir

12.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib".

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onlar COP29-a gəlməyiblər:

"Bunun da onlar üçün itirilmiş fürsət olduğunu hesab edirik".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью