Ceyhun Bayramov: COP29da iştirak etməmək Ermənistan üçün itirilmiş fürsətdir

12.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan tərəfindən qeydiyyatdan keçən nümayəndələrin COP29-da iştirakı müşahidə edilməyib:

"Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakı müşahidə edilməyib. Bunun da onlar üçün itirilmiş fürsət olduğunu hesab edirik".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью