Ceyhun Bayramov eksklav kəndlərin taleyini AÇIQLADI

09.07.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası istiqamətində işlər davam etdirilir.

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə hər iki tərəfdə müvafiq komissiyalar yaradılıb və proses mütəmadi şəkildə davam etdirilir.

“Biz aparılan işin müsbət ilkin nəticələrinə şahid olmuşduq. 13 kilometrə yaxın dövlət sərhəd xətti delimitasiya edilib”, – deyə C.Bayramov bildirib.

Nazir qeyd edib ki, tərəflər arasında müəyyən razılaşmalar əldə olunub:

“Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, esklav kənd məsələləri öz həllini tapacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью