Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə görüşüb

25.04.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in Baş katibi Feridun Sinirlioğlu arasında genişləndirilmiş formatda görüş başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə etimadın bərpası və davamlı sülh üçün təməl kimi ATƏT-in suverenlik və ərazi bütövlüyü kimi prinsiplərinin əhəmiyyəti vurğulanıb.

ATƏT-in yeni reallıqlara uyğunlaşdırılması, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və təşkilatın çərçivəsində yaranan təhdidlərin həlli barədə fikirlər bölüşülüb.

17:04

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də Bakıda ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Oxu.Az xəbər verir ki, qarşılanma mərasimindən sonra keçirilən təkbətək görüşdə tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının vəziyyəti və perspektivlərini, regional təhlükəsizlik məsələlərini və Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

ATƏT məkanında inkişaf edən vəziyyət müzakirə olunub, dialoq və sabitliyin vacibliyi vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью