Icma.az, Apa.az portalına istinadən məlumat verir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çə
Bu barədə APA-ya XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin bütün sahələrdə, o cümlədən parlamentlərarası xətt üzrə inkişaf etməsindən məmnun olduqlarını vurğulayıblar.
Strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi parlament diplomatiyasının, parlament sədrlərinin və nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin parlament dostluq qrupları arasında sıx əməkdaşlığın vacibliyi qeyd olunub.
Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla davam etdirilən əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib.
Xüsusilə, “Orta Dəhliz” üzrə reallaşdırılan birgə təşəbbüslərin və gələcək layihələrin regionun iqtisadi inkişafına və strateji əhəmiyyətinə verdiyi töhfə diqqətə çatdırılıb.
İki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin regionda sabitliyin və qarşılıqlı faydalı inteqrasiyanın möhkəmləndirilməsindəki rolu vurğulanıb.