Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, bu gün səhər saatlarında baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və əlaqələrə dair məsələlər müzakirə olunub.

Ceyhun Bayramov iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью