Ceyhun Bayramov isveçli həmkarı ilə görüşdü

05.12.2024

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenerqard ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” paylaşımında bildirib.

Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

Məlumata görə, nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью