Ceyhun Bayramov isveçli həmkarı ilə görüşüb

05.12.2024

Icma.az, Anews saytına istinadən bildirir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenergard ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədəki rəsmi hesabında məlumat yayıb.

Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

Nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.


www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью