Ceyhun Bayramov isveçli həmkarı ilə müzakirə apardı

05.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenerqard ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb.

Bildirilib ki, nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

Qeyd edilib ki, Ceyhun Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.

Qeyd edək ki, görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Maltada baş tutub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью