Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isveçrəli həmkarı Aleksandr Fasel ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilir.
Tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.
Onlar iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar Bundan başqa, münaqişədən sonrakı regional yenidənqurma və sülh gündəliyi barədə danışılıb.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.