Ceyhun Bayramov Keniya Milli Assambleyasının sədri ilə parlamentlərarası münasibətləri müakirə edib

03.06.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Moses Vetanq'ula ilə görüşüb.

"Bizimyol.info" xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "X" səhifəsində yazıb.

Bildirilib ki, görüş çərçivəsində ikitərəfli münasibətlərin parlamentlər səviyyəsində böyük əhəmiyyət daşıdığı və belə mübadilələrin qarşılıqlı anlaşma, ortaq dəyərlər və uzunmüddətli tərəfdaşlıq üçün yol açdığı vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью