Ceyhun Bayramov kiprli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib AzPolitika onlayn siyasiictimai qəzet

04.12.2024

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında görüş olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdəki rəsmi hesabında məlumat yayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə keçirilib.

Tərəflər bir-birinin mövqelərini daha yaxşı başa düşmək üçün dialoqun davam etdirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью