Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşdü | Icma.az
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyrini qəbul edib.
Bu barədə Gununsesi.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Küveyt Dövlətinin səfiri Məhəmməd Feysəl Əl-Muteyri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Cari ildə Küveyt Dövləti ilə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb.
İkitərəfli əməkdaşlığımızın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və s.
istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.
Tam oxu
Xəbəri oxu