Ceyhun Bayramov Lavrovla görüşəcək mövzular açıqandı

15.07.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya rəsmi səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

"İyulun 16-17-də Azərbaycan Respublikasının xarici işlər naziri Rusiya Federasiyasına rəsmi səfər edəcək. Səfər çərçivəsində onun Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub", – deyə Zaxarova bildirib.

Rusiya XİN sözçüsü qeyd edib ki, nazirlər Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq gündəmdə duran bir sıra aktual məsələləri müzakirə edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью