Ceyhun Bayramov Litva ilə iqtisadi əməkdaşlıqdan danışdı

25.11.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

“İki ölkə arasında siyasi dialoq liderlər səviyyəsində hər zaman çox müsbət olub və inkişaf edib”

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, bu gün müzakirələr çərçivəsində iqtisadi və ticarət sahələrindəki münasibətlərə də nəzər salınıb.

“Bu gün gəldiyimiz qənaət ondan ibarətdir ki, ticarət mübadiləsi baxımından ölkələrimizin potensialı mövcud göstəricilərdən xeyli daha böyükdür. Ancaq burada qarşımızda bir iş dayanır: hansı addımların atılması vacibdir? Bu barədə bu gün dəyərli qardaşımızla çox maraqlı və faydalı müzakirə apardıq”, – deyə Ceyhun Bayramov qeyd edib.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью