Ceyhun Bayramov Maltada 3cü Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib

06.12.2024

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Maltanın Valletta şəhərinə işgüzar səfəri çərçivəsində 3-cü Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib.
Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Nazir konfransda Azərbaycanın COP29 prezidentliyi, COP29-un nəticələri, Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahəsində təşəbbüsləri, eləcə də münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti barədə çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью