Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.
Bakupost.az xəbər verir ki, XİN-nin məlumatına görə, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edəcək.
Bununla yanaşı, nazirin tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.