Ceyhun Bayramov Maltaya getdi

04.12.2024

Icma.az, Anews saytına istinadən bildirir.

Xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən verilən məlumata görə, səfər çərçivəsində Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edəcək.

Bununla yanaşı, nazirin tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью