Ceyhun Bayramov Maltaya getdi

04.12.2024

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.


Xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb. 

XİN-dən Missiya.Az-a verilən məlumata görə, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edəcək. 

Bununla yanaşı, nazirin tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью