Ceyhun Bayramov Napoli Qarabağ qarşılaşmasını stadiondan izləyib

26.11.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Napoli" - "Qarabağ" qarşılaşmasını izləyib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial media hesabında paylaşım edilib.

"Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub", - paylaşımda vurğulanıb.

Öz növbəsində, C. Bayramov da sosial mediada paylaşım edərək "Qarabağ"ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb.

"Oyun başa çatdıqdan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım", - nazir bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью