Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.
Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.
Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes-biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Müzakirələr eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və Azərbaycan-Ermənistan normallaşma prosesini əhatə edib.
Nazir Bayramov həmkarını sülh prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işləri və minaların yaratmağa davam etdiyi humanitar təhlükə barədə məlumatlandırıb.
Tərəflər ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə olan maraqlarını bir daha təsdiq ediblər.