Ceyhun Bayramov norveçli nazirlə görüşüb

16.11.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinnereym ilə görüşüb.

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycanın COP29-da sədrliyi çərçivəsində Norveçlə əməkdaşlıq imkanları, həmçinin regional məsələlər müzakirə edilib.

Ceyhun Bayramov COP29-un sədrliyinin gündəliyi, Azərbaycanın iqlimlə mübarizə və iqlimin maliyyələşdirilməsi sahəsində təşəbbüsləri barədə məlumat verib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью