Ceyhun Bayramov özbək həmkarı ilə bunları danışdı

20.06.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xarici işlər naziri Ceyhun Bayramovla özbək həmkarı Baxtiyar Saidov arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baxtiyar Saidov “X” hesabında məlumat paylaşıb.

Nazir bildirib ki, danışıq zamanı iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib:

“Xüsusi diqqət qarşılıqlı maraq doğuran sahələrdə, habelə, ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika, enerji və digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəldilib. Telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью