Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşünə dair paylaşım etdi

28.05.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Dara təşəkkürünü bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov sosial şəbəkədə paylaşım edib.

“Əziz qardaşım İshaq Dar, səni Laçında görməkdən, həqiqətən də, məmnunluq oldum. Azərbaycan, Türkiyə və Pakistan arasında tarixi Üçtərəfli Zirvə çərçivəsində 28 May — Müstəqillik Günümüz münasibətilə keçirilmiş tədbirlərdə iştirak etdiyiniz və bizə qoşulduğunuz üçün səmimi təşəkkürümü bildirirəm.

Yaşasın qardaşlığımız, dostluğumuz və birliyimiz!”, – o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью