Ceyhun Bayramov: “Sülh danışıqlarında bəlli irəliləyişlər var”

12.12.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan-Ermənistan normallaşması istiqamətində bu il ərzində işlər davam etdirilib. Müxtəlif istiqamətlərdə müsbət inkişaf olub”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Bunların sırasında xüsusilə aprel ayında ilk dəfə olaraq, dövlət sərhədinin bəlli bir hissəsinin delimitasiya və demarkasiyasının həyata keçirilməsini qeyd etmək olar. Avqust ayında isə iki ölkə tərəfindən Delimitasiya Komissiyalarının reqlamenti təsdiqlənib. Eyniliklə çoxsaylı görüşlər də həyata keçirilib. Baxmayaraq ki, açıq suallarımız hələ də var, ancaq bəlli irəliləyişlər əldə edilib”, - nazir əlavə edib.


Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью