Ceyhun Bayramov sülh müqaviləsindən danışdı Əsas maddələri razılaşdırılıb

12.11.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

İlin sonunadək sülh sazişinin imzalanması Ermənistan tərəfindən asılıdır.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, sülh sazişinin əsas maddələri razılaşdırılıb.

"İndi yenə də dəqiq rəqəmlər səsləndirmək istəmərəm. Ancaq hələ razılaşdırılması vacib olan məsələlər var".

Nazir, həmçinin, qeyd edib ki, Azərbaycan tərəfi sülh sazişinin imzalanması prosesinin təşəbbüskarıdır.

O əlavə edib ki, Azərbaycan tərəfi bunu sona çatdırmaqda israrlıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью