Ceyhun Bayramov TDT XIN Şurasında COP29a hazırlıqdan danışıb

06.11.2024

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci iclasında COP29-a hazırlıq barədə danışıb.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir çıxışında TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət kimi sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub.

O, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüslərindən danışıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью