Ceyhun Bayramov: “Türkiyə ən qüdrətli ölkələrdən birinə çevrilib”

29.10.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Respublika Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, nazir bununla bağlı "X"dəki hesabında paylaşım edib.
"29 Oktyabr – Türkiyə Respublikasının qurulmasının qeyd olunduğu Respublika Günü münasibətilə qardaş və dost Türkiyəni ürəkdən təbrik edirəm.
Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir.
Əminəm ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəkdir.
Bu xoş gündə, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью