Ceyhun Bayramov: Türkiyənin Suriyanın yeni hakimiyyətinə dəstəyi mühüm əhəmiyyət kəsb edir

18.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Türkiyənin Suriyanın yeni hakimiyyətinə dəstəyi bölgəyə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edir".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.

Nazir, həmçinin əlavə edib ki, Qəzzada tərəflərin atəşkəs və girovlara dair razılaşmaya riayət edəcəklərinə ümid edir:

"İnanırıq ki, bu, münaqişənin sona çatması üçün əhəmiyyətli olacaq. Azərbaycan münaqişənin BMT-nin qətnamələrinə uyğun həllinin tərəfdarıdır və bu istiqamətdə mövqeyimiz davam edəcək".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью