Ceyhun Bayramov və Abbas Əraqçi yaxın Şərqi müzakirə edib

08.12.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

"Biz yaxın Şərqdə gedən proseslər barədə müzakirə apardıq".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi birgə mətbuat konfransında deyib:

"Bir daha onun üzərində dayandıq ki, Azərbayvan və İran geniş coğrafiyada sülhün, iqtisadi əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır və bunun üçün töhvə vernəyə hazırdır".

Ceyhun Bayramov bildirib ki, İran xarici işlər nazirinin Azərbaycana səfəri, aparılan müzakirələr və nəticələri İran-Azərbaycan münasibətlərinə ciddi töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью