Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri arasında telefon danışığı baş tutub

03.12.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri İlya Darçiaşvili arasında telefon danışığı baş tutub.

AZƏRTAC Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov İlya Darçiaşvilinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksəksəviyyəli və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir Ceyhun Bayramov İlya Darçiaşviliyə uğurlar arzulayıb.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin birləşdirdiyi vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью