Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

18.04.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəmən Respublikasının Baş naziri, Xarici İşlər və Xaricdə Yaşayan Vətəndaşlar naziri Şaya Mohsin Zindani ilə görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə nazirlik X sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, nazirlər siyasi dialoq və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər. Həmçinin çoxtərəfli əməkdaşlığın əhəmiyyəti də vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью