Ceyhun Bayramov Zəngəzur dəhlizindən danışdı

12.12.2024

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Zəngəzur dəhlizinin açılması Ermənistan tərəfindən öhdəliklərinin tam yerinə yetirilməsindən asılıdır, lakin bu barədə yekun müsbət qərar yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir:

“Artıq dəmir yolu tikintisinin böyük hissəsi başa çatıb. Digər hissəsi ilə bağlı işlər də davam etdirilir. İranla əldə edilmiş razılığa əsasən, Araz çayı üzərində də körpünün inşası, Azərbaycanın qərb ərazisi ilə Naxçıvan arasında İran üzərindən marşrutun icrası üzrə işlər davam edir”, - Ceyhun Bayramov əlavə edib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью