Ceyhun Bayramovdan Almaniya ilə bağlı mühüm açıqlama

18.11.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Gələn il Azərbaycanla Almaniya arasında dövlətlərarası münasibətlərin 35 illiyi tamam olacaq. Belə bir dövrdə Azərbaycan-Almaniya münasibətlərinin bütün askpektlərini müzakirə etdik, geniş fikir mübadiləsi apardıq”.

Moderator.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın federal xarici işlər naziri Yohan David Vadeful ilə birgə mətbuat konfransında bildirib.

C.Bayramov qeyd edib ki, ölkələr arasında müxtəlif formalı 80 sənəd qüvvədədir:

“Bu günədək 80-dən artıq sənəd, saziş, razılaşma imzalanıb və hazırda işlər davam etdirilir. Bu gün müzakirə kontekstində biz iki ölkə arasında iqtisadi münasibətlərə nəzər saldıq. Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib ki, onlardan 210-u aktiv fəaliyyət göstərir. Almaniya-Azərbaycan arasında investisiyalar qeyri-neft sektoruna yatırılıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью