Ceyhun Bayramovdan Bakı Tbilisi Qars dəmir yolu ilə bağlı AÇIQLAMA

15.09.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Cənub Qaz Dəhlizi təkcə Azərbaycan və Türkiyənin deyil, bu böyük və geniş coğrafiyanın enerji təhlükəsizliyinə iki ölkənin iştirakı ilə verilən çox böyük töhfədir.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlərin böyük həcmdə tamamlandığını deyən nazir qeyd edib ki, hazırkı mərhələdə iki ölkə arasında böyük perspektivə və potensiala malik, növbəti onilliklərə yönəlmiş məsələlər üzərində çox koordinasiyalı şəkildə işlər həyata keçirilir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью