Ceyhun Bayramovdan BMT də növbəti görüş FOTO

25.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kot-d'İvuarın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Niale Kaba ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
 

Tərəflər Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətlərinin dinamik inkişafını qeyd edərək, parlamentlərarası əlaqələrin, yüksək səviyyəli səfərlərin və müntəzəm siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıblar.


Müzakirələr zamanı Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı və sədrliyi, Afrika ölkələri ilə genişlənən tərəfdaşlığı, eləcə də regionda baş verən əsas proseslər barədə fikir mübadiləsi aparılıb.
 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью