Ceyhun Bayramovdan Top Ermənistandadır mesajı | Icma.az
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "TRT World" telekanalına müsahibəsində deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması hər iki tərəfin böyük səylərinin nəticəsidir.
O, deyib ki, tərəflər bu razılığa qədər çox böyük müzakirələr aparıb: "Danışıqlar nəticəsində əsasən 12 sənəd layihəsi dəyişdirilib.
Ancaq növbəti vacib addım bunları tamamlayacaq prosesin icrasıdır. İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır.
Bəzi vaxtlar biz görürük ki, onların məsul şəxsləri yeni Konstitusiyanın qəbul ediləcəyi barədə açıqlamalar verirlər.
Ancaq bununla belə nə kimi dəyişikliklərin olacağı, detallar bilinmir". Sülh sazişinin icrasına dair hansı vacib proseslər gözlənilir?
Məsələ ilə bağlı Milli.Az-a siyasi şərhçi Kənan Novruzov açıqlama verib.
O bildirib ki, nazirin açıqlamasında ən diqqətçəkən bundan sonrakı proseslərin Ermənistandan asılı olduğunu diqqətə çatdırmasıdır.
Tam oxu
Xəbəri oxu