Ceyhun Bayramovla Antonio Tayani arasında təkbətək görüş başladı

23.11.2026

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin görüşü başlayıb.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, Ceyhun Bayramov italiyalı həmkarını XİN-də qarşılayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью