Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub Açıqlama | Icma.az
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
20 yanvar 2026-cı il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Mia.az xəbər verir ki, bu haqda Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu