Ceyhun Bayramovun Maldiv Respublikasının xarici işlər naziri ilə görüşüb | Icma.az
Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Maldiv arasında bir sıra, o cümlədən iqtisadi, investisiyalar, turizm, humanitar və s.
sahələr üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov COP29 çərçivəsində Maldiv Respublikasından ölkəmizə yüksək səviyyəli nümayəndə heyətinin səfərinin əhəmiyyətini qeyd edərək, bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından vacib olduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasında iqtisadiyyat, investisiyalar, ticarət istiqamətləri üzrə əməkdaşlığın mühüm perspektivlərinin mövcud olduğu, bu imkanlardan istifadə etməklə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Xalqlarımız arasında qarşılıqlı təmasların gücləndirilməsi baxımından turizm sahəsində mövcud imkanların nəzərdən keçirilməsinin, qarşılıqlı viza sadələşdirilməsi məsələlərinə baxılmasının vacibliyi qeyd olunub.
Tam oxu
Xəbəri oxu