Ceyhun Bayramovun səfərləri: 3 dəfə Türkiyədə, 2 dəfə Almaniya və ABŞdə... | Icma.az
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2024-cü ilin yanvar-dekabr ayları aralığında 23 dəfə rəsmi və işgüzar səfərdə olub.
Teleqraf.com-un məlumatına görə, XİN rəhbəri cari ildə ilk səfərini yanvarın 17-də Uqandaya edib.
Bundan başqa, nazir il ərzində 3 dəfə Türkiyəyə, 2 dəfə isə Almaniya və ABŞ-yə yollanıb.
Ceyhun Bayramovun səfərlərini xronoloji ardıcıllıqla təqdim edirik: 17 yanvar: Uqandaya işğüzar səfər 27 fevral: Almaniyaya işgüzar səfər 29 fevral: Türkiyəyə işgüzar səfər 5 mart: Səudiyyə Ərəbistanına işgüzar səfər 20 mart: Belçikaya işgüzar səfər 8 aprel: Qırğız Respublikasına rəsmi səfər 11 aprel: Belarus Respublikasına işgüzar səfər 14 aprel: Özbəkistan Respublikasına işgüzar səfər 22 aprel: Çex Respublikasına rəsmi səfər 29 aprel: Qətər Dövlətinə işgüzar səfər 3 may: Qambiya Respublikasına işgüzar səfər 10 may: Qazaxıstan Respublikasına işgüzar səfər 29 may: Pakistana rəsmi səfər 10 iyun: Almaniyaya işgüzar səfər 27 iyun: Gürcüstana rəsmi səfər 9 iyul: Amerika Birləşmiş Ştatlarına işgüzar səfər 27 avqust: Türkiyəyə işgüzar səfər 22 sentyabr: Amerika Birləşmiş Ştatlarına işgüzar səfər 6 oktyabr: Rusiyaya işgüzar səfər 17 oktyabr: Türkiyəyə işgüzar səfər 3 dekabr: İran İslam Respublikasına işgüzar səfər 4 dekabr: Malta Respublikasına işgüzar səfər 23 dekabr: Serbiyaya işgüzar səfər Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu