Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Ordubad rayonunun Biləv kəndində vətəndaşları qəbul edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəbul zamanı vətəndaşların, o cümlədən müharibə iştirakçılarının müraciətləri dinlənilib.
Müraciətlər, əsasən yol infrastrukturu, sosial təminat, məşğulluq, əlilliyin təyinatı, eləcə də digər sosial məsələləri əhatə edib.
C. Cəlilov hər bir müraciətə həssaslıqla yanaşıldığını vurğulayaraq qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib. Vətəndaşların bəzi müraciətləri üzrə bir sıra məsələlər yerindəcə həllini tapıb.
Qəbul zamanı qeyd olunub ki, vətəndaş müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin operativ həlli, eləcə də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.