Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin səlahiyyətlərini icra edən şəxsin kimliyi məlum olub.
“Yen Sabah”ın əldə etdiyi xəbərə görə, həmin vəzifəni Baş nazirin birinci müavini Elşad Əliyev yerinə yetirir.
O, 2018-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışır.
Naxçıvan MR Baş nazirinin yalnız bir müavini var. O da E.Əliyevdir.
Qeyd edək ki, muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov noyabrın 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub. Naxçıvan MR Ali Məclisi bununla əlaqədar olaraq həmin gün C.Cəlilovu Baş nazir vəzifəsindən azad edib.