Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu

20.06.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Baş Prokurorluqda kadr dəyişiklikləri olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Kazımova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью