Ceyhun Novruzov rəis təyin olundu FOTO

04.02.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin edilib.

Moderator.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı xidmət rəisi Mətin Eynullayev əmr imzalayıb.

Əmrə əsasən, xidmətin Gəncə ərazi şöbəsinin rəisi vəzifəsinə Ceyhun Novruzov təyinat alıb.

Qeyd edək ki, C.Novruzov bu təyinatadək Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью